İmamlar niyə məsumdurlar?

11 İyul 2019 21:15

İmamların (ə) məsumluğu barəsində öz dillərindən bəyan edilən hədislərə nəzər salaq.

İmam Rza (ə) buyurur: "İmam - günahlardan pak və eyiblərdən uzaqdır. Xüsusi elmə malikdir, səbir və ağıl əlaməti ilə məşhurdur. Dinin nizamı, müsəlmanların izzəti, münafiqlərin qəzəbi və kafirlərin həlakıdır".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət İmam Rza (ə) başqa yerdə buyurur: "O zaman ki, Allah Təala bəndəsini başqa bəndələrinin işi üçün seçər - onun sinəsini bu cür məsuliyyəti yerinə yetirmək üçün açar, hikmət bulaqlarını qəlbinə axıdar. Lazımlı elmi davamlı olaraq ona ilham edər.

Ondan sonra heç bir suala cavab verməkdən aciz olmaz. Haqqı deməkdən gücsüz olmaz.

Ona görə də İmam, günahdan məsum və Allah tərəfindən təsdiq edilmişdir. Xəta və büdrəmədən amandadır. Allah Təala ona belə xüsusiyyətlər vermişdir ki, seçilmişlərin hüccəti və xəlqə şahid olsun. Bu, İlahi fəzldir ki, hər kimə istəsə, əta edər.

Allah əzəmətli fəzlə malikdir".

İmam Sadiq (ə) buyurur: "İmam, Muhəmmədin (s) itrətindən seçilmişdir. Davamlı olaraq Allah dərgahında və onun inayəti altında olar. Onu Öz örtüyü ilə qoruyar. Şeytanın və ordusunun tələlərini ondan uzaqlaşdırar. Pis töhmətlər ondan dəf olar. Büdrəmələrdən məsum və bütün çirkinliklərdən pakdır".

Milli.Az