Bir əşyanın nisya olaraq nəqd qiymətindən baha satmaq riba (sələm) sayılır?

11 İyul 2019 22:15

İslam dini alver zamanı nəqd, həm də nisyə üsulundan istifadə etməyə icazə verir. Nisyə alver zamanı qiymət nəqd alverdəkindən fərqlənə bilər. Belə ki, alınan malın pulunu hissə-hissə vermək şərt qoyulursa, qiymətin nəqd alışından daha çox məbləğdə hesablamaq mümkündür.

Milli.Az islam.az-a istinadən bildirir ki, əlbəttə, bu zaman alıcı ilə satıcı arasında mütləq razılaşma olmalıdır və alıcı həmin qiymətlə razılaşıb malı nisyə almalıdır. Bu cür alış-veriş sələm (faiz) sayılmır və günah deyil. Nisyə alver zamanı da insaf və ədalətə riayət etmək vacibdir.

Milli.Az