Putini təhqir edən jurnalist işdən çıxarıldı

8 İyul 2019 19:59

Gürcüstanın müxalif "Rustavi 2" telekanalının aparıcısı Giorgi Qabunia iki ay müddətinə işdən azad olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə kanal rəhbərliyi qərar qəbul edib.

Qeyd edək ki, Qabunia aparıcısı olduğu "Postskriptum" proqramında Rusiya Prezidenti Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib. Onun bu cür davranışı qalmaqala səbəb olub. 

Milli.Az