Moskvadan Putinin təhqir olunmasına iki sözlük REAKSİYA

8 İyul 2019 18:53

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstanda müxalif "Rustavi-2" televiziya kanalında yayımlanan "Postskriptum" proqramında aparıcı Giorgi Qabunianın monoloqunda Prezident Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlətməsinə münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Zaxarova qalmaqala reaksiyasında, sadəcə, iki sözdən istifadə edib.

"Gürcülərin bədbəxtçiliyidir...", - deyə qurum rəsmisi vurğulayıb.

Xatırladaq ki, Gürcüstanın hökumət rəsmiləri baş vermiş hadisəni dövlət əleyhinə təxribat kimi qiymətləndiriblər.

Kanal rəhbərliyi rəsmən üzr istəyib, əməkdaşlar müvəqqəti olaraq işi dayandırıblar.

Milli.Az