NATO baş katibinin oğlu öz ölkəsinin vətəndaşlığından çıxdı
12 Aprel 2010 15:02
"The Copenhagen Post" yazır ki, Danimarkanın sabiq baş nazirinin oğlu seçim qarşısında qaldığını və sonda ABŞ-ı seçdiyini açıqlayıb: "Mən bu ölkəni sevirəm. Bu, mənim həyatımda əlamətdar hadisədir".
Qeyd edək ki, Henrik bir neçə il əvvəl kolleci bitirdikdən dərhal sonra Amerikaya köçüb və burada amerikalı Kristina Smit adlı xanımla evlənib.
Hadisəyə NATO-nun baş katibi də münasibət bildirib. O, oğlunun "arzusu reallaşdığı üçün" şad olduğunu söyləyib.
Milli.Az