SON DƏQİQƏ: İranda güclü zəlzələ

8 İyul 2019 12:14

İranın qərbində Rixter cədvəli ilə 5,7 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 07:00-da baş vermiş zəlzələnin episentri Əhvaz şəhərindən 87 kilometr cənub-şərqdə olub.

Yeraltı təkanlar yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Hadisə nəticəsində hər hansı itki və ya fəsadların olması barədə hələlik məlumat verilməyib.

Milli.Az