Floridada kərtənkələləri öldürmək göstərişi verildi

8 İyul 2019 12:07

ABŞ-ın Florida ştatında sakinlərə iquanaları öldürmək göstərişi verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Florida Vəhşi Heyvanların Mühafizəsi Komissiyası bildirib.

Qeyd olunur ki, yaşıl iquanaların sayı ştat ərazisində kəskin çoxalıb. Həmin iquanalar infrastruktura, bitkilərə ziyan vurur, bundan başqa, onlar salmonella bakteriyalarının daşıyıcıları ola bilər.

Yaşıl iquanalar ilk dəfə Floridada 1960-cı illərdə müşahidə edilib.

Milli.Az