5 il TRT kanalında yayımlanan "Diriliş Ərtoğrul" serialının davamı olaraq çəkiləcək "Diriliş Osman" serialının da bu kanalda yayımlanacağı gözlənilsə də, serialı çəkən "Tekden Film" şirkəti gözlənilməz qərar alıb.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, şirkət "Diriliş Osman" serialının TRT-də deyil, ATV kanalında yayımlanacağını açıqlayıb:
""Diriliş Osman" serialımız bu mövsüm ATV-də izləyiciləri ilə görüşəcək. Yeni kanalımız və yeni mövsümün xeyirlərə vəsilə olmasını ümid edirik".
Qeyd edək ki, serialın baş rolunda "Osman" obrazını Burak Özçivit canlandıracaq.
Milli.Az