ABŞ Almaniyanı Suriyaya qoşun göndərməyə çağırıb

8 İyul 2019 08:40

ABŞ Almaniyanı Suriyayanın şimal-şərqində qoşun göndərməyə çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri bildirib ki, məqsəd Suriyanın şimal-şərqində ABŞ qoşunlarının qismən əvəzlənməsidir.

Ceffri bildirib, o, artıq Almaniyanın hökuməti ilə bununla bağlı danışıqlar aparıb: "Ümid edirik ki, Almaniya daha çox iş görəcək"

Xüsusi nümayəndə ABŞ hökumətinin bir neçə yüz alman əsgərinin Suriyaya göndəriləcəyinə ümid bəslədiyini vurğulayıb.

Milli.Az