ABŞ-ın Kaliforniya ştatında zəlzələ olub

8 İyul 2019 08:28

ABŞ-ın Kaliforniya ştatında 3,9 bal gücündə zəlzələ olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələ "UTC" vaxtı ilə 23:36-də baş verib. Yeraltı təkanların episentri Ridqekrest şəhərindən 23 kilometr şimalda yerləşib.

Bildirilib ki, zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ-ın Kaliforniya ştatında 7,1 bal gücündə zəlzələ baş vermişdi.

Milli.Az