Gürcüstan ruhaniləri ayağa qalxdı: sabah cinsi azlıqlara qarşı...

7 İyul 2019 23:53

Gürcüstanın paytaxtı Tbilisidə cinsi azlıq tərəfdarları sabah "Ləyaqət yürüşü" keçirməyi planlaşdırır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə aksiyanın təşkilatçısı olan "Tbilisi Pride" təşkilatı məlumat yayıb.

Təşkilatçılar bildiriblər ki, Daxili İşlər Nazirliyi "Ləyaqət yürüşü"nün təhlükəsiz və dinc şəraitdə keçirilməsi üçün lazımı resurslara sahibdir.

Yürüşün keçiriləcəyi yer və vaxt açıqlanmayıb.

Qeyd edək ki, Tbilisidə cinsi azlıq nümayəndələri və onların tərəfdarları iyunun 22-də yürüş keçirməyi planlaşdırırdı. Lakin Gürcüstandakı son hadisələr səbəbindən aksiya təxirə salınıb.

Gürcüstanda LGBT nümayəndələrinin hər hansı bir aksiyası ölkədəki millətçilər və dindarlar tərəfindən ciddi narazılıqla qarşılanır. Gürcüstan Patriarxlığı da bu cür aksiyaların yolverilməz olması barədə bəyanat yayıb.

Gürcüstan ruhaniləri sabah Tbilisidə keçirilməsi planlaşdırılan cinsi azlıq tərəfdarlarının "Ləyaqət yürüşü"nün qarşısını alacaqlarını bildiriblər.

Bir qrup ruhani şəhərin mərkəzində xəbərdarlıq yürüşü keçirib.

Onlar bildiriblər ki, sabah səhər saat 06:00-dan başlayaraq Tbilisinin mərkəzi prospekt və küçələrinə nəzarət olunacaq.

Milli.Az