Dubay şahzadəsi Həya kimdir?

7 İyul 2019 19:46

Dubay əmiri, şeyx Məhəmməd əl-Məktumun arvadı şahzadə Həya Bint əl-Hüseyn ərini tərk edib - BƏƏ kral ailəsinin yüksəksəviyyəli üzvü üçün bu addım olduqca qeyri-adi bir hərəkətdir.

Şahzadə deyilənə görə, hazırda Londonun mərkəzində yerləşən bir evdə gizlənir.

Mənbələrin BBC-yə bldirdiyinə görə, o, əriylə bağlı məhkəməyə hazırlaşır və həyatı üçün qorxu hissi keçirir.

Gənclik illəri

Şahzadə Həya 1974 ilin may ayında doğulub. O, İordaniya kralı Hüseynin və kraliça Aliyə əl-Hüseyinin qızıdır.

Onun üç yaşı olanda anası ölkənin cənubunda baş vermiş helikopter qəzasında həlak olub.

İordaniyanın hazırkı rəhbəri kral Abdullah II onun atabir qardaşıdır.

Şahzadə uşaqlıqda xeyli vaxtını Britaniyada keçirib.

O, iki özəl məktəbdə təhsil alıb - Bristol-da Badminton məktəbində və Dorset-də Bryanston məktəbində.

Sonra isə Oxford Universitetində Siyasət, Fəlsəfə və İqtisadiyyatı öyrənib.

Əvvəlki müsahibələrində bldirdiyinə görə, onun qırğı ilə ova çıxmağa, atıcılığa, ağır texnikaya həvəsi var və yük maşınlarını sürməyə lisenziyası olan İordaniyada yeganə qadındır.

Şahzadə HəyaŞahzadə Həyanın 1993-cü ildə çəkilmiş bu şəkildə 19 yaşı var, o vaxtdan bəri şahzadə peşəkar atçılıq ustasıdır.

O, gənc yaşlarından atçılıqla məşğul olub, idmana maraq göstərib, 20 yaşlarında peşəkar atçılıq idmanı ustası olub.

2000-ci ilin Sydney-də keçirilən Olimpiya Oyunlarında şahzadə Həya İordaniyanı təmsil edib və ölkəsinin Olimpiya nümayəndə heyətinin bayraqdarı olub.

"Bəxtim gətirib ki, ona yaxınam"

2004-cü il aprelin 10-da 30 yaşlı şahzadə Həya BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay əmiri, şeyx Məhəmmədə ərə gedir.

Həmin zaman onun 53 yaşı olub və şahzadə Həya onun altıncı və "kiçik" arvadı olub.

Xəbərlərə görə, onun müxtəlif arvadlardan 23 övladı var.

Dubay əmiri də atçılıq həvəskarıdır.

Onların toy mərasimi Ammanda keçirilib.

Şahzadə Həya ötən illərdə şeyx Məhəmmədlə ailələlik münasibətlərindən böyük razılıqla danışıb, mükkəməl ailə həyatı sürdüyünü təsvir edib.

Şahzadə Həya və şeyx MəhəmmədŞahzadə Həya və şeyx Məhəmməd Epsom Derby atçılıq yarışında - 2016

2016-cı ildə "Emirates Woman" jurnalına şahzadə Həya bunları deyib: "Hər gün onun gördüyü işlərdən heyrətə gəlirəm. Ona yaxın ola bildiyimə görə hər gün tanrıya şükür edirəm".

Lakin keçən il şeyx Məhəmmədin qızı şahzadə Lətifənin ölkədən qaçmaq cəhdi şeyxin ailəsində problemlərdən xəbər vermiş oldu.

Dünya boyu yayılmış videoda 33 yaşlı şahzadə ailəsindən danışarkən bildirib ki, onların həyatda "seçim azadlığı yoxdur" və o özü isə pis rəftara məruz qalıb.

Məlumatlara görə, şahzadə Lətifə BƏƏ-dən fransız gəmisində qaçıb, lakin Hindistan sahillləri yaxınlığında silahlı adamlar tərəfindən tutularaq Dubaya qaytarılıb.

Dekabr ayında şahzadə Lətifənin İrlandiya prezidenti Mary Robinson-la əmirlikdəki evində çəkdirdiyi birgə şəkilləri dərc olunmuşdu.

Dubay rəsmiləri təkid etmişdilər ki, şahzadə Lətifə "təsir altına düşəndi" və "Dubayda təhlükəsizlik şəraitdə yaşayır".

O zaman şahzadə Həya həmin məsələnin "gerçəklikdən bu dərəcədə uzağa getdiyinin təsəvvür edilməsinin" çətin olduğunu bildirərək, verilmiş bəyanatları dəstəkləmişdi.

Lakin həmin hadisənin üstündən cəmi altı ay sonra şahzadə Həyaya yaxın olan mənbələr BBC-yə bildiriblər ki, şahzadə Lətifənin qaçmaq cəhdi və onun ərinin ailə üzvləri tərərfindən artan təziyiqlərə məruz qalmasına dair narahatedici faktlar aşkar edilib.

Məlumatlara görə, şahzadə Həya artıq özünü təhlükəsiz hiss etmədiyindən ölkəsindən əvvəlcə Almaniyaya, oradan isə Britaniyaya qaçıb.

Onun əri evlilik məsələləri barədə məlumatlara rəsmi reaksiya göstərməyib, lakin iyunun 10-da Instagram-da kimliyi bildirilməyən qadını "xəyanətdə və yalançılıqda" ittiham edib.

Deyildiyinə görə, şahzadə Həya Londonun Kensington Palace Gardens rayonunda $107 milyonluq evdə qalır və hazırda Briytaniyanın Ali Məhkəməsində keçiriləcəyi gözlənilən məkəmə prosesinə hazırllıqla məşğuldur.

Milli.Az