Meşə yanğını - İrana dəyən ziyan...

7 İyul 2019 14:47

Ötən bir neçə ay ərzində İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətində 330 hektar meşə ərazisi yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Kohgiluyə və Buyir-Əhməd vilayətinin Təbii Ehtiyatlar İdarəsinin baş direktoru Qulamhüseyn Hikmətian Əsl deyib.

Q.Hikmətian Əslin sözlərinə görə, bu meşə yanğınlarından dəyən ziyan 66 milyard rial (təxminən 1,5 milyon dollar) həcmində hesablanır.

İdarə rəsmisi yanğınların adətən ərazidən keçən çobanlar və istirahətə gələn şəxslər tərəfindən törədildiyini istisna etməyib.

Milli.Az