Ermənistanın baş naziri reytinqini itirir

7 İyul 2019 13:14

ABŞ-ın Beynəlxalq respublikaçılar institutu Ermənistanda keçirdiyi sosioloji sorğunun nəticələrini açıqlayıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, nəticələrə görə, Ermənistan prezidenti Armen Sarkisyan əhali arasında populyarlıq göstəricisinə görə baş nazir Nikol Paşinyanı vurub keçib.

Belə ki, baş nazirin reytinqi 56%, prezidentin reytinqi isə 61% təşkil edib.

Partiyaların reytinqində hakim "Mənim addımım" bloku 52%-lə liderdir. Onun ardınca siyahıda "Çiçəklənən Ermənistan" (12%), Ermənistan Respublikaçılar Pariyası (5,1%) və "Daşnaksütun" (3,5%) gəlir.

Milli.Az