İran sabahadək uranın 3,67%-lik zənginləşdirilməsi səviyyəsini ötəcək

7 İyul 2019 12:52

İranda sabahadək uranın 3,67%-lik zənginləşdirməni ötəcəyi proqnoz edilir.

Bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi mətbuat konfransında deyib.

Milli.Az xəbər verir ki,  bu barədə Trend IRINN-ə istinadən məlumat verib.

B.Kamalvəndinin sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri sabah İranın zənginləşdirdiyi urandan nümunələr götürəcəklər.

Kamalvəndi zənginləşdirilən uranın hansı faizdə olacağını açıqlamayıb.

Milli.Az