ABŞ-da ticarət mərkəzində güclü partlayış: 23 yaralı var - YENİLƏNİB

7 İyul 2019 11:19

11:19

ABŞ-ın Florida ştatının Planşteyn şəhərindəki ticarət mərkəzində baş verən partlayış nəticəsində 23 nəfər xəsarət alıb, onlardan ikisi ağır yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "ABC7 News" telekanalı məlumat verib.

Qeyd edilir ki, xəsarət alanlardan biri azyaşlıdır.

Hadisə nəticəsində ölənlər barədə məlumat verilməyib.

---------
11:02

Floridada bir ticarət mərkəzində güclü partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Ticarət mərkəzinin yaxınlığındakı avtomobillər də zərər çəkib.

Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunublar.

Milli.Az