ABŞ-da qəzada yeddi nəfər öldü

7 İyul 2019 10:46

ABŞ-ın Corciya ştatında baş verən ağır qəza nəticəsində ən azı yeddi adam ölüb, daha üç nəfər isə yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, üç avtomobilin iştirak etdiyi qəza Franklin rayonundakı magistral yolunda baş verib.

Minik avtomobili naməlum səbəbdən qarşı yola çıxaraq yük maşını ilə toqquşub. Qəzanın səbəbi hələ müəyyənləşdirilməyib. Hüquq-mühafizə orqanları istintaqa başlayıb.

Milli.Az