İran və Fransa prezidentləri arasında telefon danışığı olub

7 İyul 2019 09:50

İran prezidenti Həsən Ruhani ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Elisey Sarayı məlumat yayıb.

Bəyanatda bildirilir: "Respublika Prezidenti iranlı həmkarı ilə danışıqların bütün tərəflərlə bərpa olunmasının şərtləri barədə məsələni iyulun 15-dək öyrənməyə razılaşıb"

İran parlamentinin sədr müavini Məsud Pezeşkian bildirib ki, ölkə parlamenti nüvə sazişindən çıxan və Tehrana təzyiq göstərməkdə davam edən ABŞ-la dialoq aparılmasına şübhə ilə yanaşır.

Milli.Az