Tülkü balası 76 günə Norveçin Arktika adalarından Kanadaya gedib. Bu zaman o, 3506 kilometr yol qət edib.
Greenlandiyanın Sermitsiaq qəzeti yazıb ki, "tülkünün səfəri alimləri mat qoyub".
Norveçin Polar İnistutunun araşdırmaçıları ötən ilin mart ayında dişi tülküyə GPS izləmə cihazı taxaraq onu Spitsbergen adalarının, Svalbard arxipelağındakı əsas adada sərbəst buraxıblar.
Tülkü sərbəst buraxılanda heç bir yaşı da yox imiş və o, qida axtararaq 21 günə 1512 kilometr qət edərək Greenlandiyaya çatıb.
Svalbardı tərk edəndən 76 gün sonra o, daha uzağa, 2000 kilometrə, Kanadanın Ellesmere adasına gedib çıxıb.
"Gözlərimizə inana bilmədik"
Araşdırmaçıları təəccübləndirən heç də tülkünün belə uzaq məsafə qət etməsi yox, sürəti heyran edib: tülkü orta hesabla gündə 46, bəzən 155 kilometr gedib.
"Biz ilk dəfə gözlərimizə inanammadıq. Biz düşündük ki, ola bilsin tülkü ölüb, ya da gəmidə ora qədər aparılıb, amma ətrafda heç bir gəmiyə rast gəlinməyib. Bizi sanki ildırım vurdu", - Norveçin Polar İnstitutundan Eva Fuglei müsahibəsində deyib.
Indiyə kimi heç bir tülkünün belə uzaq məsafəni bu sürətlə qət etməsi qeydə alınmayıb.
Eva Fugei Arnaud Tarroux ilə birgə Norveçin Təbiət Araşdırmaları İnistutunda tülkülərin Arktika mövsümündə baş verən dramatik dəyişiklərlə necə uzlaşmasını öyrənib.
"Yayda kifayət qədər qida var, amma qışda qida tapmaq çətinləşir. Bu zaman Arktika tülküləri qida tapmaq üçün başqa coğrafi ərazilərə miqrasiya edirlər. Bu tülkü bizim əvvəl izlədiklərimizdən fərqli olaraq daha sürətlə gedib. Bu nəticə balaca canlının gözlənilməz bacarığını göstərir", - o deyib.
Polar Inistitutu tülkünün Greenladiyadan keçərək səfəri zamanı iki dəfə fasilə verməsinin grafikini hazırlayıb.
Alimlər hesab edirlər ki, fasilələrdə tülkü ya pis havalarda onu qoruyan kürkünə sığınaraq qarda oturub, ya da açıq su kanallarında dəniz quşları tapıb qidalanıb.
Qalın xəz soyuq havalarda mükəmməl qoruyucudur
"Kiçilən buz torbası"
İzləyici cihazın fevral ayında xarab olmasına görə biz heç vaxt bilməyəcəyik ki, kiçik tülkü Kanadada nə edir, Polar İnstutunun məlumatında deyilir.
Amma o öz yemək vərdişlərini mütləq dəyişməlidir. "Ellesmere adası tülküləri, əsasən, lemminqslərlə qidalanır, nəinki Svalbardanın dəniz məhsulları ilə", Eva Fuglei deyib.
Qütb buzluqlarının azalması Arktika tülkülərinə təsir göstərir- məsələn, onlar İslandiyaya gedə bilmirlər və Svalbardın sakinləri ətraf aləmdən tamamilə izolyasiya oluna bilər.
Amma Eva Fuglei NRK-yə deyib, hələ də ümid var ki, "yüksək temperatur nəticəsində Svalbard maralların sayı artacaq və tülkülər qida tapacaqlar".
Svalbard maralları
Yazı Matilda Welin və Martin Morgan tərəfindən hazırlanıb.
Milli.Az