Təyyarə İranda təcili eniş etdi

6 İyul 2019 17:40

İranın Sari şəhərindən Bəndər Abbas istiqamətində uçan təyyarə texniki nasazlığa görə Yəzd vilayətinin Şəhid Səduqi aeroportunda təcili eniş edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Mazandaran vilayəti aeroportlarının baş direktoru Sədulla Vətənxah deyib.

S.Vətənxahın sözlərinə görə, QeshmAir hava yolları şirkətinə məxsus Fokker 100 sərnişin təyyarəsinin motorunda yanğın baş verib.

Təyyarədə olan 78 sərnişinin xəsarət almadığı deyilir.

Milli.Az