Nataşa eyvana çıxdı, xəstəxanalıq oldu - Gəncədə

6 İyul 2019 16:00

Gəncədə bədbəxt hadisə baş verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, insident şəhərin Daşkəsən qəsəbəsində qeydə alınıb. Belə ki, iki mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yaşayan 1964-cü il təvəllüdlü Nataşa Cabbarova evin eyvanına çıxan zaman taxta qırılıb və qadın yerə düşüb.

Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Milli.Az