Məscidə girib, "Quran"ı cırıb, ayaqyoluna atdılar - FOTO

6 İyul 2019 10:39

Almaniyada müsəlmanlara qarşı hörmətsizlik edilib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Almaniyanın Hamburq şəhərinin Şleysix qəsəbəsində yerləşən məscidə hücum olunub.

Sözügedən ərazidə yerləşən Veysel Karani Camisini daxil olan şəxslər su kranlarını qırıb, sabun qablarını sındırıb, əl-üz yuyanları yararsız hala salıblar.

Onlar daha sonra "Quran-i kərim"in vərəqlərini cırıb tualetə atıblar.

Məsələ ilə bağlı araşdırma aparılır. Hadisəni törədənlərin saxlanılması əməliyyatlar başladılıb.

Fuad
Milli.Az