Azərbaycan nefti bahalaşır

5 İyul 2019 23:39

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 4-də 65,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel çoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,73 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,46 dollar/barel çoxdur.

Milli.Az