Gülüstan Əliyevadan yeni albom

12 Aprel 2010 14:39
Milli.Az-ın verdiyi xəbərə görə, "STS Prodakşn studiyası tərəfindən buraxılmış albom belə adlanır: "Yadıma düşürsən".

Toplu iki DVD və CD diskindən ibarətdir. Albom müğənninin son illər böyük məharətlə ifa etdiyi mahnıların zəngin palitrasını təşkil edir. Burada Tofiq Quliyevin, Cahangir Cahangirovun, Faiq Sücəddinovun, Kamalın, Ramiz Mirişlinin, Aygün Səmədzadənin və başqa bəstəkarların mahnıları var.

Albomun təqdimatı 16 aprel 2010-cu il saat 14.00-da "Monte Kristo" restoranında keçiriləcəkdir.

Müğənninin verdiyi məlumata görə, onun təsnif və muğamlardan ibarət daha bir albomu hazırlanır.   
    
Gülüstan Əliyevadan gələn digər bir xəbərdə isə onun Türk Ölkələri Akademiyası tərəfindən beynəlxalq dərəcəli ödülə layiq görüldüyü bildirilir.

Milli.Az