İran: "Biz də Britaniya gəmisini ələ keçirəcəyik"

5 İyul 2019 18:10

İran Böyük Britaniyaya məxsus tankeri ələ keçirməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərlərindən biri Möhsün Rezayi deyib.

O bildirib ki, Böyük Britaniya Tehrana məxsus olan "Grace 1" tankerini qaytarmayanadək İran eyni addımı ata bilər.

Xatırladaq ki, iyulun 4-də Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Cəbəllüttariq boğazında İran neftini Suriyaya daşıyan tankeri ələ keçirib.

Milli.Az