“Taxt oyunları”nın ulduzu ərə getdi - FOTO

5 İyul 2019 18:15

"Taxt oyunları" filmində Sansa Stark obrazını canlandıran Sofi Törner sevgilisi Co Conasla ailə qurub.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, 23 yaşlı aktrisa toyunda bahalı gəlin paltarı geyinib.

Ötən ay Co Sofiyə evlənmə təklifi etmişdi. Cütlük Cənubi Fransadakı Martinet qəsrində dəbdəbəli toy mərasimi edib.

Qeyd edək ki, toydan əvvəl cütlük Parisdə ailə və dostları üçün qonaqlıq veriblər.

Milli.Az