Məşhur serialın çəkiliş məkanında dava

5 İyul 2019 18:20

Türkiyədə lentə alınana "Love 101" serialının çəkiliş məkanında dava düşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyorlar Afra Saraçoğlu və Mert Yazıcıoğlu arasında çıxan dava çəkilişi dayandırıb. Sevgililər arasındakı mübahisə stəkanların yerə çırpılmasına qədər irəliləyib.

Alina Boz, Pınar Deniz və Kubilay Aka kimi aktyorların rol aldığı "Netflix"in "Love 101" serialının bir müddət çəkilməsi qadağan olunub.

Son vaxtlar Yazıcıoğlunun hər kəslə əsəbi davranması hamını özündən çıxarıb. Sevgilisi Saraçoğlu ilə telefonda dava edən mert sağollaşdıqdan sonra ətrafda olan bütün stəkanları yerə çırpıb.

Milli.Az