İranda 2 "Peugeot" toqquşdu: 3 nəfər öldü

4 İyul 2019 20:32

İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Mənucan rayonundan Bəndər Abbas istiqamətində yolda 2 "Peugeot" avtomobili toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Kirmanın cənub yol polisinin rəisi polkovnik Dadmula Abkar deyib.

D.Abkarın sözlərinə görə, hadisə nəticəsində 3 nəfər həlak olub, 3 nəfər də yaralanıb.

Abkar qəzaya səbəbin avtomobillərdən birinin digərinin yoluna çıxması olduğunu deyib.

Milli.Az