Nikiyə görə Ərəbistanda qalmaqal

4 İyul 2019 13:41

Dünyaca məşhur rep ifaçısı Niki Minaj Səudiyyə Ərəbistanında konsert verəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Cidde Dünya Festivalında səhnəyə çıxacaq. Festival 18 iyulda Kral Abdulla İdman Stadionunda baş tutacaq.

Açıq-saçıq geyimləri ilə gündəm yaradan, mahnılarında söyüş və provokativ sözlərə yer verən 36 yaşlı ifaçının şəriyyət qanunları ilə idarə edilən ölkəyə gəlməsi müzakirələrə səbəb olub.

Qadınların niqab taxdığı ölkədə Nikinin səhnəyə çıxması birmənalı qarşılanmayıb. Həmçinin rep sənətçisinin özü də Kral ailəsi kimi tənqid atəşinə tutulub. Buna səbəb daim LGBT-ni dəstəkləyən, yürüyüşlərində iştirak edən Minajın homoseksuallara ölüm hökmü verən Ərəbistanda çıxışı qınanılıb.

Bu məqamda bildirək ki, gecə 16 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub, spirtli içki və narkotikdən istifadə sərbəst olacaq.

Milli.Az