Smartfonlarda hansı bakteriyalara rast gəlmək olar?

9 İyul 2019 08:35

Braziliya alimlərinin gəldiyi nəticələrə əsasən, mobil telefonlarda olan bakteriyalar penisilinə qarşı dayanıqlı xüsusiyyətə malikdir. Hər halda bu, əsasən tibbi təhsil alan tələbələrin telefonlarına aiddir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, xəstəxanalarda antibiotiklərə dayanıqlı bakteriyaların olması məlum bir məsəldir. Bu səbəbdən mütəxəssislər dünyada qarşısı alınmayan bakteriyanın yaranmasından nigarandır. Yeni elmi işin müəllifləri, belə bir bakteriyanın yaranmasında, tibb müəssisələrində çalışan tələbələrin telefonlarının rol oynamasını yoxlamağı qərara almışdır. Nəticədə smartfonların 40%-də penisilinə dayanıqlı olan bakteriyalar tapılmışdır. Əsasən bakteriyalar tibb bacısı kurslarında fəaliyyət göstərən tələbələrin telefonlarında müşahidə edilmişdir.

Milli.Az