"Mançester Yunayted"dən de Xeaya rekord müqavilə təklifi

4 İyul 2019 19:36

"Mançester Yunayted" qapıçısı David de Xea ilə müqaviləni uzatmaq üçün danışıqlara başlayıb.

Milli.Az xəbər verir ki, "qırmızı şeytanlar" yeni sözləşmə ilə ispaniyalı qapıçının həftəlik maaşını 350 min funt-sterlinq etmək istəyir. Yaxın günlərdə tərəflərin anlaşacağı gözlənilir. Əgər De Xea təklifi qəbul etsə, dünyanın ən çox qazanan qapıçısı olacaq.

28 yaşlı qapıçı 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir. Onun mövcud sözləşməsi gələn ilin yayında başa çatacaq.

Milli.Az