Karakasın yarısında işıq söndü - QƏZA

4 İyul 2019 09:19

Venesuelanın paytaxtı Karakasın bir hissəsində elektrik enerjisi dayandırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Barut rayonunun meri Darvin Qonsales bildirib ki, fövqəladə halın aradan qaldırılması üçün bütün lazımi planlar işə salınıb.

Mer "Twitter" səhifəsində qeyd edib: "İşığın kəsilməsinə qəza səbəb olub. Yalnız Çulaviste, Kolinas-Belyo və Kumbres-de-Kurumoda elektik verilişi stabildir".

Belə halın artıq 3-cü gündür ki, ardıcıl olaraq Karakasda təkrarlandığı qeyd edilir.

Milli.Az