Ən üstün nemət hansıdır?

9 İyul 2019 23:45

Həzrət Peyğəmbər (s) İmam Əlidən (ə) soruşur: "De görüm, ilk nemət ki, Allah səni onunla imtahana çəkmişdir və onun vasitəsilə sənə nemət vermişdir, hansıdır?".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Əli (ə) buyurur: "Məni xəlq etmişdir, o halda ki, heç zikr olunası deyildim".

Həzrət Peyğəmbər (s) bu cavabı təsdiq etdi və buyurdu: "Düz deyirsən".

Həzrətin nəzərində Allahın ilk məxluqu ağıl olmuşdur.

Bəs ağıldan sonra ən üstün nemətlər hansılardır?

1. Sağlam qəlb. İmam Əli (ə) buyurur: "Malın çoxluğu - nemətdəndir, ondan da üstünü - bədən sağlamlığıdır. Bədən sağlamlığından mühüm olanı - qəlbin təqvasıdır".

2. Qəlbi Allaha təslim etmək. İmam Sadiq (ə) buyurur: "Allah Təala bəndəsinə, onun qəlbində Allahdan qeyrisinin yer tutmaması kimisı üstün nemət verməmişdir".

3. Nübuvvət neməti. İmam Əli (ə) buyurur: "Sübhan Allahın göndərdikləri haqqın nümayəndələri - Allahla insanlar arasında xəbər gətirənlərdir".

4. Vilayət neməti. İmam Sadiq (ə) buyurur: "Biz - hər bir yaxşılığın kökləriyik".

Milli.Az