Avropa Parlamentinə yeni sədr seçildi

3 İyul 2019 16:14

Avropa Parlamentinin sədri seçkilərində dörd namizəddən heç biri mütləq səs çoxluğu yığa bilməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, italiyalı namizəd David Sassoli 325 səs toplayıb ki, bu da tələb olunan 50 faiz+1 həddindən azdır.

Digər namizədlər arasında çexiyalı Yan Zaqradil 162, almaniyalı Ska Keller 133 və ispaniyalı Sira Reqo 42 səs toplayıb.

Ümumilikdə səsvermədə 662 deputat iştirak edib.

Avropa Parlamenti sədrinin seçilməsi üçün keçirilən ikinci tur keçirilib. Sədr postuna italiyalı David-Mariya Sassoli seçilib. Onun lehinə Avropa Parlamentinin 345 deputatı səs verib.

Milli.Az