Günəş tutulması baş verib - YENİLƏNİB

3 İyul 2019 07:28

03.07.2019

07:28

Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən gün yerli vaxtla saat 20:55-də başlayan günəş tutulmasının maksimal fazası 23:23-də başlayıb və 4 dəqiqə 33 saniyə davam edib.

Növbəti günəş tutulması dekabrın 26-na təsadüf edəcək.

------------------

02.07.2019

21:27

Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu təbiət hadisəsi bu gün yerli vaxtla saat 20:55-də başlayıb və 3 iyul 01:50-də başa çatacaq.

Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

Milli.Az