“Çukur”un Yamaçı hərbi xidmətdə - FOTO

2 İyul 2019 16:09

"Çukur" serialında Yamaç obrazını canlandıran məşhur aktyor Aras Bulut İynemli hərbi xidmətə yollanıb.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, Aras Bulut ödənişli hərbi xidmətdən yararlanan məşhurlar sırasına daxil olub. Aktyor serial mövsüm finalına çıxdıqdan bir müddət sonra hərbi xidmət üçün müraciət edib.

Aktyor 1 iyul tarixindən Kütahyadakı hərbi hissədə xidmətə başlayıb. Onun saqqalsız fotosu isə sosial şəbəkədə maraqla qarşılanıb.

Milli.Az