Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

1 İyul 2019 18:34

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 701,5 mln. manat olub.

Bu barədə Milli.Az-a Mərkəzi Bankdan məlumat verilib.

Məlumata görə, hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil edib.

Milli.Az