3 kiloqramdan artıq narkotika tutuldu

12 Aprel 2010 13:45
Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri axtarış tədbirləri nəticəsində Ramana qəsəbə sakini Mirqədir Mahmudovun mənzilinə baxış zamanı 2 kiloqram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Abşeron rayonunun Məhəmmədi qəsəbə sakini Xəlil Məmmədovdan 1 kiloqram 25 qram narkotik vasitə olan marixuana aşkarlanıb.

Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az