Abbasov ikinci oldu, Şəriəti üçün "bürünc" şansı - Minsk-2019

30 İyun 2019 15:35

Bu gün Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarına yekun vurulacaq.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, son yarış günündə 2 güləşçimiz döşək üzərinə çıxıb. 87 kq çəkidə mübarizə aparan İslam Abbasov finalda ukraynalı Yan Belenyukla üz-üzə gəlib. 1:3 hesabı ilə uduzan pəhləvanımız gümüş medalla kifayətlənib.

130 kiloda yarışan Sabah Şəriəti isə ilk təsəlliverici görüşdə litvalı Romas Fridrikası üstələyib - 3:1. Onun bürünc medal uğrunda sonuncu rəqibi Oskar Marvik (Norveç) olacaq.

Qeyd edək ki, güləş üzrə yığmamız Avropa oyunlarında indiyə qədər 3 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

Milli.Az