Dominikanda təyyarə radarlardan itib

30 İyun 2019 10:01

Dominikan Respublikasında yüngülmühərrikli təyyarə radarlardan itib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təyyarənin heyəti ilə əlaqə Baraona əyalətində yerləşən Mariya-Montes hava limanından hava qalxdıqdan 30 qəqiqə sonra kəsilib.

Bildirilir ki, Dominikan Mülki Aviasiya İnstitutu təyyarənin axtarışı üzrə əməliyyata başlayıb.

Milli.Az