Ərəb koalisiyası husilərin dronunu vurub

30 İyun 2019 09:13

Ərəb koalisiyası Səudiyyə Cizan hava limanı istiqamətində "Ənsar Allah" hərəkatından (husilər) olan Yəmənin üsyançıları tərəfindən atılmış pilotsuz uçus aparatını vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "SPA" xəbər agentliyi bildirib.

Qeyd edək ki, husilərin nəzarətində olan "əl-Masira" telekanalı öncə üsyaçıların Səudiyyə Ciza hava limanına hücum etməsi barədə məlumat yayıb.

Bildirilir ki, dron yerli vaxtla saat 22:45-də vurulub.

Milli.Az