Tramp: "Putin yaxşı oğlandır"

29 İyun 2019 18:54

"Rusiya və ABŞ arasında ticarət olmalıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

Amerikalı liderin sözlərinə görə, rusiyalı həmkarı ilə danışıqlar zamanı çox şeyə nail olunub:

"Biz ticarət münasibətlərini müzakirə etməyə başlamışıq".

Bundan başqa amerikalı lider qeyd edib ki, Vladimir Putin qeyri-adi adamdır və yaxşı oğlandır, onların görüşü əla keçib.

Milli.Az