“Girls”un ulduzu boşandığını elan etdi - FOTO

29 İyun 2019 14:04

"Girls" serialı ilə populyarlaşan aktrisa Allison Williams və aktyor Ricky Van Veen boşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur cütlük bu barədə mətbuata açıqlama yayıblar.

Onlar dörd illik evlilik həyatına son qoyduqlarını elan ediblər: "Biz fərqli xarakterə sahib insanlarıq. Qarşılıqlı sevgi və hörmətlə yollarımızı ayırmaq qərarına gəldik. Aramızda dostluq münasibəti davam edəcək".

Milli.Az