Whatsapp statuslarını Facebook və Instagram Stories'ə yerləşdirmək mümkün olacaq

2 İyul 2019 08:35

Məşhur Whatsapp mesenceri istifadəçi statuslarının Facebook-a və şirkətin digər servislərinə keçirilməsi funksiyasını test edir. Bu barədə The Verge saytına istinadən Macdigger saytı xəbər verib. Whatsapp statusları Instagram ilə Facebook Stories-lərinə bənzəyir.

Milli.Az technote.az-a istinadən bildirir ki, yeni fuksiya isə Whatsapp statuslarını Facebook-a, Instagram-a, Gmail-ə və Google Photos-a daşımağa imkan verir.

Bu yeni funksiya artıq Whatsapp-ın beta verisyasında aktivdir. Whatsapp təmsilçiləri qeyd ediblər ki, statusların keçirilməsi üçün Facebook-dakı istifadəçi hesabının Whatsapp-a birləşdirilməsinə ehtiyac olmayacaq. Belə ki, statusların başqa servislərə ötürülməsi Android ilə iOS-də olan məlumat mübadiləsi üzrə API ilə reallaşdırılır. Lakin statusların avtomatik olaraq digər servislərə keçirilməsini ayarlamaq hələki mümkün olmayacaq.

Milli.Az