Yayın ləzzəti - Albalı ilə pudinq

29 İyun 2019 18:59

İsti yay günlərində asan  və tez hazırlanan sərin şirniyyatlara ehtiyac duyulur. 

Milli.Az Axşam.az-a istinadən evdə hər kəsin bəyənəcəyi albalı ilə pudinqin hazırlanma qaydasını sizlərə təqdim edir:

Ərzaqlar:
2 fincan süd
300 qr. tumu çıxarılmış albalı
2 x.q un
1 x.q qarğıdalı nişastası
1 fincan toz şəkər
1 paket vanil
1 x.q  kərə yağı

Hazırlanması:
Süd, un və nişastanı bişirin. Qaynadığında yağı əlavə edin və bir az daha bişirməyə davam edin. Kasalara tökün və arasına albalıları qoyun. Daha sonra üzərini yenidən pudinq ilə örtün.

Milli.Az