Fransada 4 min məktəb bağlandı - SƏBƏB

28 İyun 2019 18:14

Avropa ölkələrində qeydə alınan kəskin istilər fəsadlar törətməyə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hava şəraiti ilə əlaqədar Fransada 4 min məktəb bağlanıb.

Ölkənin əksər bölgələrində temperatur 40 dərəcəni ötüb.

Qeyd edək ki, Avropa ölkələrində Afrikadan gələn isti hava kütləsi hökm sürür. Bu həftənin sonunadək bəzi ölkələrdə 45 dərəcəyədək istilər müşahidə olunacaq.

Milli.Az