Putin Trampı Moskvaya - qələbə paradına dəvət edib

28 İyun 2019 18:09

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı Böyük Vətən müharibəsinin başa çatmasının 75-ci ildönümünə həsr olunacaq bayram tədbirinə dəvət edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Biz ABŞ prezidentini gələn il mayın 9-da Böyük Vətən müharibəsində qələbənin 75 illiyi münasibəti ilə Rusiyaya dəvət etdik", - o vurğulayıb.

Onun sözlərinə görə, ABŞ lideri dəvəti müsbət qarşılayıb.

Milli.Az