Gürcüstanda siyasi böhran: müxalifət boykot elan etdi

28 İyun 2019 16:14

Gürcüstan parlamentində təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat Partiyalarının fraksiyaları qanunverici orqanın iclaslarını boykot edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, parlament müxalifətinin bu qərarı son günlər Gürcüstanda baş verən proseslərlə bağlıdır.

Fraksiyaların boykotla bağlı müraciəti artıq parlamentin bürosuna təqdim olunub.

Bu gün Gürcüstan parlamentinin yaz sessiyasının son plenar iclası keçirilir.

Milli.Az