Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Avropa Oyunları davam edir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə yarışa start verilib.
Azərbaycanl təmsil edən Sakit Quliyev (60 kq) və Kərim Cəfərov (67 kq) ilk görüşdə məğlub olub. Hər iki güləşçimiz mübarizəyə 1/8 finaldan başlayıb. Quliyev xorvatiyalı İvan Lizatoviçə, Cəfərov isə norveçli Haavard Yorgensenə uduzub.
Güləşçilərimizin sabah keçiriləcək təsəlliverici qarşılaşmalara vəsiqə qazanması rəqiblərinin nəticələrindən asılı olacaq. İdmançılarımızı məğlub edən pəhləvanlar finala yüksəlsə, bu, təmsilçilərimizə bürünc medal şansı yaradacaq.
Milli.Az