Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
Milli.Az Qol.az-a istinadən bildirir ki, bu gün daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub.
50 kq
Güləşçimiz Mariya Stadnik yarışa 1/4 final mərhələsindən start verib. O, bu mərhələdə Anna Lukasiakdan (Polşa) güclü olub - 10:0. Güləşçimiz rəqibini 52 saniyəyə məğlub edib. Stadnik yarımfinalda Evin Demirhanla (Türkiyə) qarşılaşıb və 6:1 hesabı ilə qalib gəlib. O, həlledici qarşılaşmada rəqibi ukraynalı Oksana Livaç olacaq.
57 kq
Bu çəkidəki təmsilçimiz Alyona Kolesnik 1/8 finalda Ramona Qalambos (Macarıstan) ilə üz-üzə gəlib və 10:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Güləşçimiz 1/4 finalda Mimi Xristovaya (Bolqarıstan) uduzub - 0:6. Kolesnik təsəlliverici görüşlərə çıxacaq.
62 kq
Elmira Qəmbərova 1/8 finalda Luzi Manke (Almaniya) ilə qarşılıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Qəmbərova 1/4 finalda Katarzina Madrovska (Polşa) ilə görüşüb. 9:0 hesabı ilə qalib gələn Qəmbərovanın yarımfinaldakı rəqibi Krişta İnçze (Rumıniya) olub. İdmançımız 4:1 qələbə qazanaraq finala yüksəlib.
76 kq
Səbirə Əliyeva isə ilk olaraq Aykaterinierini Pitsiava (Yunanıstan) ilə qarşılaşıb və 9:0 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Georgina Neltorpla (Böyük Britaniya) üz-üzə gəlib. 8:2 hesabı ilə rəqibini məğlub edən Əliyeva yarımfinalda Frensi Rideltlə (Almaniya) qarşılaşacaq.
Milli.Az